AZ

Londonda Fələstinə dəstəyə görə saxlanıldılar

Londonun mərkəzində Fələstin tərəfdarı olan “Palestine Action”u dəstəkləmək üçün təşkil olunan nümayişdə 90-dan çox insan saxlanılıb.

Azreform.info xəbər verir ki, bu barədə London polis idarəsi məlumat yayıb.

Məlumata görə, polis əməkdaşları qadağan olunmuş təşkilatı dəstəklədiklərini bildirdikləri üçün 92 nəfəri həbs ediblər. Həbs olunanların yaşı 27 ilə 82 arasında olub. Polis əməkdaşları həbsləri davam etdirir və bir qrup etirazçının hazırda Trafalqar Meydanında olduğu bildirilir.

Qeyd edək ki, bu, İngiltərə və Uels Ali Məhkəməsinin 13 fevralda “Palestine Action”un qadağan edilməsinin qanunsuz olduğu barədə qərarından bəri ilk etirazdır. Böyük Britaniya hökuməti qərardan apelyasiya şikayəti verib.

Seçilən
37
6
azreform.info

9Mənbələr