AZ

Vadar Nuriyev: "Bizim üçün finala bərabər görüş idi"

“Araz-Naxçıvan”nın məşqçisi Vadar Nuriyev Premyer Liqanın 27-cı turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyəti belə şərh edib:

"Oyuna yaxşı hazırlaşmışdıq və qələbə qazanmaq istəyirdik. Bizim üçün finala bərabər görüş idi. "Neftçi" birinci hissədə yaxşı oynadı. İkinci hissədə əvəzetmələrdən sonra oyunumuzu düzəltdik, bunun nəticəsi olaraq qol da vurduq. Cinah futbolçularımız olmadığına görə, meydanda yerdəyişmə etmişdik. Bu da müəyyən çətinlik yaratdı.

Qarşıda 6 oyunumuz var. Turnir cədvəlində dəyişiklik mümkündür. Futbolda əvvəlcədən heç nəyi dəqiq demək olmur. Mümkündür ki, bizdən üst sıralarda yer alan rəqiblər xallar itirsin, biz qələbə qazanıb yuxarı pillələrə qalxaq".

Seçilən
0
fanat.az

1Mənbələr