AZ

"Fənərbaxça" "Kayserispor"la qarşılaşdı

Türkiyə Super Liqasında XXIX turunda "Fənərbaxça" "Kayserispor"la qarşılaşıb.

"Unikal" xəbər verir ki, görüş "sarı-lacivərdlilər"in üstünlüyü ilə keçib.

Hesab ilk hissənin sonunda açılıb. Nqolo Kante fərqlənib. İkinci yarıda Anderson Talişka və Dorgeles Nene adlarını tabloya yazdırıblar. Matçın sonlarında braziliyalı dubl müəllifi olub - 4:0.

Qeyd edək ki, "Fənərbaxça" 66 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Seçilən
16
6
unikal.az

10Mənbələr