Rusiyanın Krasnodar diyarı sahillərində yüzdən çox ölü delfin tapılıb.
Doğru.az xəbər verir ki, hadisələr Taman yarımadasından Sirius federal ərazisinə qədər olan sahil zolağını əhatə edib. Mash Telegram kanalının məlumatına görə, ümumilikdə 132 dəniz məməlisinin ölümü qeydə alınıb və onların 82-si aprelin ilk on günündə aşkar edilib.
Delfa mərkəzi mütəxəssislərinin ilkin ehtimallarına görə, kütləvi ölümün əsas səbəbi balıq torları ola bilər. Bildirilir ki, sularda fəaliyyət göstərən trollar da dəniz heyvanları üçün əlavə təhlükə yaradır.
Bundan əvvəl Bolqarıstan sahillərində də delfinlərin və dəniz quşlarının kütləvi ölümü barədə məlumatlar yayılmışdı.
DOĞRU.AZ