AZ

Pakistan İran və ABŞ-a Hörmüzdə birgə patrul xidməti təklif edib

Bakı. Trend:

İslamabadda İran və ABŞ arasında danışıqlar zamanı PakistanHörmüz boğazında gəmiçiliyin tənzimlənməsi təklifini irəli sürüb vəbu təklifə birgə patrul xidməti də daxildir.

Trend-inməlumatına görə, bu barədə "Əl-Cəzirə" Pakistan hökumətindəkimənbəyə istinadən məlumat yayıb.

"Pakistan Hörmüz boğazında gəmilərin keçidinin tənzimlənməsitəklifini irəli sürüb. Bu təklif boğazda birgə patrul xidmətlərininaparılmasını nəzərdə tutur", - deyə mənbə bildirib.

Bundan öncə “Financial Times” qəzeti xəbər yaymışdı ki,Pakistanda aparılan ABŞ-İran danışıqlarında “Hörmüz boğazınanəzarət” məsələsi əsas müzakirə predmeti olub və bununla bağlırazılıq əldə edilməyib. Danışıqların bu gün davam edəcəyigözlənilir.

Seçilən
47
5
az.trend.az

10Mənbələr