AZ

Bakını müdafiə etdi, Tramp və Putin dəstəklədi Avropanın qalmaqallı lideri gedir?

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Aprelin 12-də Macarıstanda keçiriləcək parlament seçkilərini Avropa İttifaqı, ABŞ və Rusiya daxil olmaqla bir sıra güc mərkəzləri yaxından izləyir. Ağ Ev və Kreml hazırkı baş nazir Viktor Orbanın qələbəsini arzulayan tərəflər kimi göstərilir.

Orban həm ABŞ Prezidenti Donald Tramp, həm də Rusiya Prezidenti Vladimir Putinlə yaxın münasibətləri ilə tanınır. Brüssel və Kiyevin isə onun məğlubiyyətini istədiyi bildirilir. Buna səbəb Orbanın Avropa İttifaqının (Aİ) Ukraynaya maliyyə və hərbi dəstək siyasətinə qarşı çıxması və Aİ çərçivəsində veto hüququndan istifadə edərək bir sıra qərarların qəbulunu bloklamasıdır.

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, Orban artıq 16 ildir hakimiyyətdə olmasına baxmayaraq, həm ABŞ, həm də Rusiya ilə əməkdaşlıq balansını qorumağı bacarıb:

“Donald Tramp dəfələrlə bəyan edib ki, Qərb və Rusiya ilə eyni vaxtda işləyə bilən liderlərə ehtiyac var. Bu baxımdan Orban dəstək görür.

Macarıstan Avropanın sərt siyasi xəttini müəyyən mənada yumşaldaraq Qərblə Şərq arasında balanslaşdırıcı rol oynayır. Orbanın Aİ-nin Ukrayna siyasətinə qarşı mövqeyi həm Trampın, həm də Putinin gözləntilərinə uyğundur. Hətta Aİ daxilində Azərbaycanın bəzi təşəbbüslərinə qarşı sərt mövqelərin yumşaldılmasında da Macarıstanın rol oynadığı qeyd edilir. Ermənistanla bağlı Avropa Sülh Fondu çərçivəsində müəyyən yardım təşəbbüslərinin bloklanması da buna nümunə kimi göstərilir.

Şəhla Cəlilzadə

Lakin eyni zamanda Orbanın siyasəti Aİ-nin vahid xətti ilə ziddiyyət təşkil etdiyi üçün Brüsseldə onun dəyişdirilməsini istəyən qüvvələr var. Bəzi sorğu institutları isə seçki öncəsi nəticələrdə müxalif Tisza Partiyasının lideri Peter Magyarın üstün olduğunu iddia edirlər (Fidesz 39%, Tisza 50%). Bunun real seçki nəticələrini nə dərəcədə əks etdirəcəyi isə sual altındadır. Əsas ehtimal ondan ibarətdir ki, Orban müxtəlif siyasi və inzibati alətlərdən istifadə edərək yenidən qalib gəlməyə çalışacaq.”

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
globalinfo.az

1Mənbələr