AZ

Qəbələ İmişli yə qarşı

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 27-ci tur yekunlaşacaq. Sport24.az xəbər verir ki, hər iki qarşılaşma bölgədə baş tutacaq.

Günün ilk matçı Qəbələdə keçiriləcək. Bölgənin eyniadlı təmsilçisi "İmişli"ni qonaq edir. Meydan sahibləri bu oyun ərəfəsində 19 xalla 11-ci, qonaqlar isə 23 xalla 9-cu pillədə qərarlaşıb. Hər iki komanda təhlükəli zonada olduğu üçün bu görüş istər "Qəbələ", istərsə də "İmişli" üçün həyatı əhəmiyyət daşıyır. "Qırmızı-qaralar" sahibləri qalib gələcəyi halda hesabat turunda məğlub olan "Kəpəz"i ötərək 10-cu yerə yüksələcək. "Pələnglər" səfərdən 3 xalla dönəcəyi təqdirdə isə təhlükəli zonadan bir qədər uzaqlaşaraq rahat nəfəs ala biləcək.

Qeyd edək ki, oyunun start fiti saat 15:30-da səslənəcək.

Misli Premyer Liqası

III dövrə, XXVII tur

15:30. "Qəbələ" - "İmişli"

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, İslam MəmmədovVAR: Əli ƏliyevAVAR: Zöhrab AbbasovHakim-inspektor: Əmrah İbrahimov AFFA nümayəndəsi: Kifayət MustafayevaQəbələ. Şəhər stadionu.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
sport24.az

1Mənbələr