AZ

Haitidə tarixi qalada izdiham: azı 30 nəfər ölüb

BAKI, 12 aprel. TELEQRAF

Haitinin şimalında yerləşən tarixi qalada baş verən izdiham nəticəsində azı 30 nəfər həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, hadisə Laferriere qalası yaxınlığında qeydə alınıb. XIX əsrin əvvəllərinə aid olan bu qala ölkənin ən məşhur turistik məkanlarından biri hesab olunur.

Bildirilir ki, ərazi hər il keçirilən tədbirlərlə əlaqədar tələbələr və ziyarətçilərlə həddindən artıq dolu olub. Məhz bu sıxlıq nəticəsində izdiham yaranıb və faciə baş verib.

Qeyd edək ki, UNESCO tərəfindən Dünya irsi siyahısına daxil edilən bu abidə ölkənin əsas turizm obyektlərindən biridir.

Seçilən
11
2
teleqraf.com

3Mənbələr