AZ

ABŞ ilə danışıqlar Hörmüz boğazı və ölkənin nüvə proqramı ilə bağlı olub - İran XİN

İslamabadda İran və ABŞ nümayəndə heyətləri arasında keçirilən danışıqlarda Hörmüz boğazı, nüvə proqramı, təzminatlar, sanksiyalar və münaqişələrin həlli məsələləri müzakirə olunub.

Trend-in məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai açıqlama yayıb.

O, sosial mediada yazıb: "Son 24 saat ərzində əsas danışıqlar mövzularının müxtəlif aspektləri, o cümlədən Hörmüz boğazı, nüvə məsələsi, hərbi təzminat, sanksiyaların ləğvi, İrana və regiona qarşı müharibənin tamamilə dayandırılması müzakirə olunub".

Qeyd edək ki, danışıqların bu gün davam etdiriləcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
6
olaylar.az

7Mənbələr