AZ

“Müharibə dayanmayıb: sülh olmayacaq, amma...” Abdullah Ağar

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“İran-ABŞ danışıqlarının ən vacib nəticəsi tərəflərin eyni masada oturmasıdır. 1979-cu il İran inqilabından bəri ən yüksək səviyyəli birbaşa təmaslardan biri baş verdi. Müharibə davam etdiyi zaman da rabitə kanalı açıq saxlanıldı. Bu, sistemin tamamilə dağılmadığını göstərir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri türkiyəli hərbi ekspert Abdullah Ağar deyib.

Ekspert hesab edir ki, bu, atəşkəs deyil, sistemin yenidən qurulması cəhdidir:

“Tərəflər çökmə həddinə çatıblar, amma geri çəkilməyiblər. Müharibəni danışıqlar yolu ilə idarə edirlər. Bu, sülh müqaviləsi deyil, amma danışıqların məqsədi onsuz da müharibəyə son qoymaq deyildi. Müharibə dayanmayıb, amma ən azından indilik nəzarətdən çıxmasının qarşısı alınıb”.

Ağar qeyd edib ki, Pakistanda tərəflər sadəcə danışıqlar aparmayıb:

“Nüvə proqramı yalnız texniki məsələ deyil. Sanksiyalar yalnız iqtisadiyyatla bağlı deyil, onlar nəzarət vasitəsidir. Bu görüşdən çıxan nəticə budur: Sülh və razılaşma yoxdur! Amma müharibəyə nəzarət edilməsi, rabitə xətlərinin qorunması, danışıqlar üçün yeni əsas və Pakistanla bağlı konkret gündəm var”.

Gülnar Səlimova

Globalinfo.az

İstanbul

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
globalinfo.az

1Mənbələr