AZ

Ulberq Proxazkanı nokaut edərək yeni UFC çempionu oldu

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Aprelin 12-nə keçən gecə Mayamidəki “Kaseya Center” arenasında UFC 327 turniri baş tutub. Gecənin əsas döyüşü yarım ağır çəki dərəcəsində boş qalan çempionluq kəməri uğrunda olub.

İdman.Biz xəbər verir ki, oktaqonda sabiq çempion İrji Prohazka və Yeni Zelandiya təmsilçisi Karlos Ulberq üz-üzə gəliblər. Qarşıdurma elə ilk raunddaca başa çatıb - Ulberq nokautla qələbə qazanıb.

Döyüşün əvvəlində yeni zelandiyalı bir neçə lou-kik zərbəsindən sonra ayağından zədə alıb və hərəkət etməkdə çətinlik çəkib, hətta bir anlıq yerə yıxılıb. Buna baxmayaraq, Prohazka hadisələri sürətləndirməyib və rəqibini oktaqonun mərkəzində açıq döyüşə dəvət edib. Lakin epizodların birində Ulberq fürsəti yaxalayaraq çexiyalı idmançının çənəsinə dəqiq zərbə endirib və onu nokaut vəziyyətinə salıb.

Beləliklə, Ulberq yarım ağır çəkidə yeni UFC çempionu olub. Onun rekordunda artıq 13 qələbə və bir məğlubiyyət var. Prohazkanın hesabında isə 32 qələbə, altı məğlubiyyət və bir heç-heçə qalıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
1
icma.az

7Mənbələr