AZ

Bundesliqa klubunda qadın baş məşqçi

style='margin-bottom:10px;'>

Almaniyanın "Union" klubu baş məşqçisi Şteffen Baumqartı istefaya göndərib.

QOL.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Union"u mövsümün sonuna qədər əvvəllər klubun U-19 komandasının baş məşqçisi olmuş Mari-Luiza Eta çalışdıracaq.

35 yaşlı xanım məşqçi klubun saytına açıqlamasında təyinatı haqda bildirib: "Çətin anlarda bütün qüvvələri birləşdirmək bacarığı həmişə "Union"un fərqləndirici xüsusiyyəti olub və elə də qalır. Mən tamamilə əminəm ki, bu komanda ilə birlikdə lazımi xalları toplaya biləcəyik".

Mari-Luiza Eta 2023-2024 mövsümündə də "Union"un müvəqqəti baş məşqçisi olub.

Qeyd edək ki, 29 turdan sonra aktivində 32 xal olan "Union" Bundesliqanın turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Seçilən
25
3
teleqraf.com

7Mənbələr