İslamabadda İran və ABŞ arasında keçirilən danışıqlar zamanı Pakistan Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi məqsədilə tərəflərə birgə patrul xidmətinin yaradılmasını təklif edib.Bu barədə “Əl-Cəzira” Pakistan hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Təklif boğazda təhlükəsiz və nizamlı hərəkətin təmin olunmasına yönəlib. Mənbə bildirib ki, təşəbbüs birgə patrul mexanizminin qurulmasını nəzərdə tutur.