Bu gün Azərbaycan Premyer Liqasında 27-ci tura yekun vurulacaq.
İdmanxeber.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.
Əvvəlcə autsayderlərdən olan “Qəbələ” öz meydanında “İmişli” ilə qarşılaşacaq. Oyunun start fiti saat 15:30-da veriləcək.
Günün və turun son matçı Tovuzda olacaq. “Turan Tovuz” doğma meydanında “Sumqayıt”ı qəbul edəcək.
12 aprel (bazar)
Azərbaycan Premyer Liqası
27-ci tur
15:30. “Qəbələ” – “İmişli”
Qəbələ şəhər stadionu
18:00. “Turan Tovuz” – “Sumqayıt”
Tovuz şəhər stadionu