Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Salyanda avtomobil aşıb, qadın sərnişin ölüb.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə səhər saatlarında Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
“Opel” markalı avtomobil idarəetməni itirərək yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan qadın sərnişin ağır xəsarət alıb və xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.