AZ

Almaniya klubunda ilk qadın baş məşqçi təyinatı reallaşdı

Almaniyanın "Union" klubu baş məşqçisi Şteffen Baumqartı istefaya göndərib.

"Unikal" xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Union"un yeni baş məşqçisi buna qədər klubun U-19 komandasın çalışdırmış Mari-Luiza Eta olub. O, mövsümün sonuna qədər komandaya rəhbərlik edəcək.

Xanım baş məşqçinin Bundesliqanın kişilərdən ibarət komandasına baş məşqçi təyinatı tarixdə ilk dəfədir. Mari-Luiza Eta 2023-2024 mövsümündə də "Union"un məşqçilər korpusunda yer alıb. 

34 yaşlı xanım məşqçi klubun saytına açıqlamasında təyinatı haqda bildirib: "Çətin anlarda bütün qüvvələri birləşdirmək bacarığı həmişə "Union"un fərqləndirici xüsusiyyəti olub və elə də qalır. Mən tamamilə əminəm ki, bu komanda ilə birlikdə lazımi xalları toplaya biləcəyik".

Qeyd edək ki, 29 turdan sonra aktivində 32 xal olan "Union" Bundesliqanın turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Seçilən
25
4
unikal.az

7Mənbələr