AZ

Raul Asensio “Real Madrid”i tərk edə bilər

BAKI, 12 aprel. TELEQRAF

İspaniya təmsilçisi “Real Madrid”in futbolçusu Raul Asensio mövsümün sonunda komandadan ayrıla bilər.

Teleqraf İspaniya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçinin xidmətində “Qalatasaray”, “Napoli” və “Everton” maraqlıdır.

Futbolçu əsas komandada kifayət qədər şans qazanmadığından karyerasını başqa klubda davam etdirmək niyyətindədir. Bu səbəbdən “Real Madrid” yaxın həftələrdə mühüm qərar verəcək.

La Liqa təmsilçisi Asensionu icarəyə göndərmək və ya geri alma şərti ilə satmaq variantlarını nəzərdən keçirir.

Xatırladaq ki, cari mövsümdə Raul Asensio “Real Madrid” forması ilə bütün turnirlərdə 30 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Seçilən
24
teleqraf.com

1Mənbələr