AZ

30 dəqiqəyə keçəlləşməyə SON – QIZIL ÜSUL – Hər kəsin evində var

Son illərdə saç baxımında təbii üsullara maraq xeyli artıb. Sosial mediada isə ən çox diqqət çəkən üsullardan biri hər mətbəxdə tapılan iki güclü məhsuldan ibarətdir: soğan və zəncəfil. Bu iki təbii məhsul birlikdə istifadə edildikdə saç köklərini gücləndirərək onları daha sağlam və möhkəm hala gətirə bilər. Hətta yeni saçların çıxmasını da dəstəklədiyi iddia olunur.

Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, sözügedən qarışım saç dərisində qan dövranını sürətləndirərək saç köklərini aktivləşdirməyə kömək edir.

Soğan suyu - tərkibindəki yüksək kükürd sayəsində kollagen istehsalını artırır və saçların qırılmasının qarşısını almağa kömək edir.

Zəncəfil - güclü antioksidant xüsusiyyətləri ilə saç dərisini təmizləyir, qan dövranını yaxşılaşdırır və saç köklərinin daha yaxşı qidalanmasını təmin edir.

Hazırlanması asandır:

1 ədəd orta ölçülü soğan

Kiçik bir parça təzə zəncəfil

1 stəkan su

Soğanı və zəncəfili xırda doğrayın. Doğranmış məhsulları su ilə birlikdə blenderdən keçirin. Alınan qarışımı süzün. Mayeni sprey qabına tökün və saç diblərinə tətbiq edin. Təxminən 30 dəqiqə saxladıqdan sonra saçınızı şampunla yuyun.

Musavat.com

Seçilən
30
2
musavat.com

3Mənbələr