AZ

Matça doğru: “Turan Tovuz”da ciddi itkilər, “Sumqayıt”ın 3 futbolçusu oynamayacaq 

Azərbaycan Premyer Liqasının XXVII turunda “Turan Tovuz” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək.

İdmanxeber.az-a verilən məlumata görə, ev sahibi komanda görüşə ciddi itkilərlə çıxır. Roderik Miller və Alexandro Serrano cəza səbəbindən matçı buraxacaqlar.

“Sumqayıt”da isə zədəli Ayxan Süleymanov, Roi Kehat və Keffel Resede görüşdə iştirak edə bilməyəcək.

“Turan Tovuz” – “Sumqayıt” oyunu bu gün saat 18:00-da start götürəcək.

Seçilən
32
idmanxeber.az

1Mənbələr