AZ

“Fənərbağça” azarkeşlərinə ŞAD XƏBƏR - FOTO

“Fənərbağça”nın “Beşiktaş”la keçirdiyi matçda zədələnən Marko Asensionun “Çaykur Rizespor”la oyunda heyətə daxil ediləcəyi gözlənilir.

Musavat.com xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Derbidə aldığı zədəyə görə “Kayserispor”la qarşılaşmada forma geyinməyən ispan ulduzun sol dizinin ön çarpaz bağında ödem aşkarlanmış və təxminən 10 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilmişdi.

Məlumata əsasən, müalicəyə müsbət reaksiya verən futbolçunun bərpa prosesi gözləniləndən daha yaxşı gedir.

image_1775980257588.jpg

Bildirilir ki, Marko Asensio “Çaykur Rizespor” oyununda ikinci hissədə meydana çıxa bilər. Klubun tibbi heyəti onun durumunu həftə ərzində diqqətlə izləyəcək.

Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr