"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasında sonuncu oyununa çıxır.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi 7-8-ci yerlər uğrunda Türkiyənin "Tofaş" kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.
U-18 bundan əvvəl 5-8-ci yerlər uğrunda Serbiyanın "Borats" klubuna uduzub - 60:67.
Qrup mərhələsindəki ilk oyununda Bosniya və Herseqovina təmsilçisi "İqokea"ya (58:88) məğlub olan "Sabah" ardından Almaniyanın "Porşe BBA Lyudviqsburq" komandasına qalib gəlib (72:61).