Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Almaniya Bundesliqasında tarixi hadisə yaşanıb. “Union” rəhbərliyi “Haydenhaym”a məğlubiyyətdən (1:3) sonra Şteffen Baumqartı istefaya göndərib və komandanı müvəqqəti olaraq Mari-Luiza Etaya həvalə edib.
İdman.Biz xəbər verir ki, bu təyinatla 34 yaşlı Eta Bundesliqa tarixində kişi komandasının baş məşqçisi postunu tutan ilk qadın mütəxəssis olub.
Mari-Luiza Eta bu kluba yad sima deyil. O, 2023-cü ildə komandanın məşqçilər heyətində yer alıb, 2025-ci ildən isə “Union”un 19 yaşlılardan (U-19) ibarət gənclər komandasında fəaliyyət göstərib.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.