AZ

​İlkay Gündoğan "Qalatasaray"ın baş məşqçisi olacaq?

"Qalatasaray"ın ulduz futbolçusu İlkay Gündoğandan xəbər var. 35 yaşlı yarımmüdafiəçi karyerasını İstanbul klubunda başa vurmaq istəyir. Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Yerli KİV-in yazdığına görə, mövsumün sonunda müqaviləsi başa çatsa da, futbolçu İstanbul klubunu tərk etmək istəmir. O, klub rəhbərliyindən müqavilə müddətini daha bir il uzatmağı xahiş edib. Yerli media "Qalatasaray" rəhbərliyinin bu təklifə isti yanaşdığını yazıb. Türkiyə mətbuatı İlkay Gündoğanın bir il sonra texniki heyətdə yer alacağını iddia edib.

"İlkay Gundoğan Okan Burukdan sonra "Qalatasaray"ın baş məşqçisi olmağa ən şanslı namizəddir", - Türkiyə KİV-i belə yazıb.

Seçilən
36
metbuat.az

1Mənbələr