AZ

Yolçu Həsənov: Azərkosmosun CİS mərkəzində süni intellekt əsaslı analitika və proqnozlaşdırma həllərindən istifadə olunur

Bakı, 12 aprel, AZƏRTAC

Azərkosmosun Coğrafi İnformasiya Sistemləri (CİS) Mərkəzi regionda məkan məlumatları və analitik xidmətlərin əsas təminatçılarından birinə çevrilib. Mərkəzdə qlobal iqlim dəyişikliklərinin Azərbaycana təsirlərini qiymətləndirmək üçün mütəmadi olaraq iqlim hesabatları hazırlanır və bu proseslərdə süni intellekt əsaslı analitika və proqnozlaşdırma həllərindən də istifadə olunur.

Bu barədə AZƏRTAC-a müsahibəsində Azərkosmosun İdarə Heyəti sədrinin satış məsələləri üzrə müşaviri Yolçu Həsənov bildirib.

Y.Həsənov qeyd edib ki, 2024-cü ildən istifadəyə verilən “Climate Report” platforması iqlim məlumatlarına açıq çıxışı genişləndirir.

Bununla yanaşı, peyk məlumatları əsasında hazırlanan “Farmer App” və “Platerra” kimi rəqəmsal həllər kənd təsərrüfatında məhsuldarlığın artırılmasına və resursların daha səmərəli idarə olunmasına xidmət edir.

2022-ci ildə yaradılmış Aerokosmik Monitorinq Təlim Mərkəzi isə bu sahədə kadr hazırlığını gücləndirib. Bu günədək mərkəz tərəfindən 60-dan çox mütəxəssis yetişdirilib.

Müxbir - Pərvanə Qafarova
Fotoqraf - Səfiyar Məcnun
Videooperator - Şövqi Əzizov və Ceyhun Mustafayev
Seçilən
16
azertag.az

1Mənbələr