AZ

“İmişli” Qəbələ səfərində, “Turan” yenidən Tovuzda

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci tura yekun vurulacaq.

Msport.az xəbər verir ki, son oyun günündə 2 matç olacaq.

Autsayderlərdən olan “Qəbələ” öz meydanında “İmişli”ni qəbul edəcək.  Komandaların ilk dövrədəki matçında 2:2 hesabı qeydə alınıb. İkinci dövrənin oyununda isə “Qəbələ” rəqibindən üstün olub – 3:2.

Günün və turun son matçı Tovuzda olacaq. “Turan Tovuz” doğma meydanında “Sumqayıt”la üz -üzə gələcək. Bu mövsüm meydançada yaranan problemlər səbəbindən “Turan Tovuz” ev oyunlarını Bakıdakı “Azərsun Arena”da və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirirdi.

12 aprel (bazar)

Misli Premyer Liqası 

27-ci tur

15:30. “Qəbələ” – “İmişli” 
Qəbələ şəhər stadionu

18:00. “Turan Tovuz” – “Sumqayıt” 
Tovuz şəhər stadionu

10 aprel (cümə)

“Karvan-Yevlax” – “Kəpəz” – 4:1

11 aprel (şənbə)

“Neftçi” – “Araz-Naxçıvan” – 2:1

 “Sabah” – “Zirə” – 2:2

“Şamaxı” – “Qarabağ” – 0:0

Seçilən
9
5
msport.az

6Mənbələr