Rusiyanın Komsomolsk-na-Amur şəhərində yerli neft emalı zavodunun obyektlərində çalışan çinli inşaatçıların etiraz aksiyası keçirilib. “Petro-Hehua” MMC-nin əməkdaşları küçələrə çıxaraq, aylardır yığılıb qalmış əməkhaqqı borclarının ödənilməsini tələb ediblər. Etirazçılar üzərində “Seçin, kömək et” yazılmış şüarlar qaldıraraq rəhbərliyə səsləniblər.
NOCOMMENT.az xəbər verir ki, yaranmış vəziyyətdə hüquq-mühafizə orqanlarının davranışı xüsusi diqqət çəkib. Mitinqin rəsmi razılaşdırılmamasına baxmayaraq, polis əcnəbi fəhlələri dağıtmağa və ya saxlamalara cəhd göstərməyib. Bu yanaşma istənilən razılaşdırılmamış aksiyası bir neçə dəqiqə ərzində güc tətbiqi ilə yatırılan Rusiya vətəndaşlarına qarşı tətbiq edilən adi təcrübə ilə kəskin ziddiyyət təşkil edir.
Sara
NOCOMMENT.az