AZ

Durovun "WhatsApp"la bağlı iddialarına - CAVAB

Meta şirkətinə məxsus "WhatsApp" "Telegram"ın qurucusu Pavel Durovun messencerin təhlükəsiz olmadığı ilə bağlı ittihamlarına cavab verib.

"Ölkə.az" xəbər verir ki, Pavel Durov 11 apreldə X-də yazıb: "Həm istifadə rahatlığı, həm də təhlükəsizlik baxımından "WhatsApp"ı optimallaşdırmaq mümkün deyil. Mesajların 95%-nin şifrələnməmiş WhatsApp ehtiyat nüsxələrindən sızması və ya Signal push bildirişləri vasitəsilə mesajların ifşa edilməsi kimi xoşagəlməz hallarla qarşılaşacaqsınız".

Bu paylaşıma cavab olaraq WhatsApp bildirib ki, bu, Telegram haqqında çox şeyi açıqlayır. WhatsApp standart olaraq şəxsi və qrup mesajları üçün başdan-başa şifrələmə təmin edir. Həmçinin başdan-başa şifrələnmiş ehtiyat nüsxələrimiz də var", - açıqlamada bildirilib.

Durov dəfələrlə "WhatsApp"ın təhlükəsiz olmadığını bildirib. Məsələn, yanvar ayında o, Telegram mütəxəssislərinin "WhatsApp"ın şifrələmə metodlarını təhlil etdiyini və çoxsaylı hücum vektorlarını aşkar etdiyini yazmışdı. Aprel ayında tətbiqin istifadəçilərin mesajlarını oxuduğunu və onları üçüncü tərəflərə ötürdüyünü iddia etmişdi. İş adamı Elon Musk, messencerin kiberhücumlara qarşı zəif olması ilə bağlı iddia ilə razılaşmışdı.

Elə həmin ay beynəlxalq iddiaçılar qrupu Meta Platforms Inc.-ə qarşı məhkəmə iddiası qaldırıb . İddiaçılar şirkətin WhatsApp mesajlarını oxuya biləcəyini və bu məlumatı aşkarlamağa kömək etdiyi iddia edilən anonim mənbələrə istinad etdiyini iddia edirlər. Meta nümayəndəsi məhkəmə iddiasını əsassız adlandırıb və mesajların şifrələnməmiş olmasının yalan olduğunu iddia edib.

Elvin

Ölkə.az

Seçilən
53
42
olke.az

10Mənbələr