Ayna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Telex”: Macarıstanda səsvermə fəallığı ilk saatlarda rekord həddə - 16,9 faizə çatıb
Macarıstanda parlament seçkilərinin ilk saatlarında rekord sayda seçici fəallığı müşahidə olunub. AYNA.AZ xəbər verir ki, bu barədə “Telex” məlumat yayıb.
Qeyd edək ki, parlament seçkilərində səsverməyə bu gün saat 6:00-da başlanılıb. Yerli vaxtla saat 9:00-a (Bakı vaxtı ilə saat 11:00) olan məlumata görə, seçici fəallığı 16,89 faiz, səsvermənin ilk saatında isə 3,46 faiz təşkil edib.
Müqayisə üçün, 2022-ci ildə səhər saat 9:00-a qədər seçici fəallığı 10,31 faiz təşkil etmişdi. Əvvəlki rekord 2002-ci ildə qeydə alınıb. Həmin vaxta qədər seçicilərin 8,81 faizi seçkidə iştirak edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.