AZ

Kvaratsxeliyanın Maxaçevə etdiyi hədiyyəni İtaliyada oğurlayıblar

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İslam Maxaçev İtaliyaya səfəri zamanı xoşagəlməz hadisə ilə üzləşib.

BAKU.WS xəbər verir ki, UFC çempionu qarət olunduğunu sosial şəbəkə hesabında paylaşıb.

İdmançının sözlərinə görə, hadisə nəticəsində bəzi şəxsi əşyaları oğurlansa da, sənədləri sonradan geri qaytarılıb.

O qeyd edib ki, çamadandakı ən dəyərli əşyası – son döyüşdən sonra Xviça Kvaratsxeliya tərəfindən ona hədiyyə edilən butslar olub.

Maxaçev bildirib ki, digər itkilər onun üçün o qədər də önəmli deyil və əsas əşyaların bir qisminin geri qaytarılması vəziyyəti nisbətən yüngülləşdirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
baku.ws

2Mənbələr