AZ

III Dünya müharibəsi başlayır – Məşhur nəşrdən ŞOK PROQNOZ

Dünya artıq yeni bir qlobal müharibə dövrünə qədəm qoyub. “The New York Times” nəşrinin analitiklərinə görə, İrandakı münaqişə qlobal qarşıdurmanın başlanğıc nöqtəsinə çevrilib. Şərq blokunun nümayiş etdirdiyi görünməmiş koordinasiya Vaşinqtona qarşı “hər tərəfli tükəndirmə” strategiyasının tətbiq edildiyini göstərir.

NOCOMMENT.az xəbər verir ki, Hörmüz boğazında diplomatiyanın iflası və Ukraynadakı çıxılmaz vəziyyət ABŞ-ın artıq ənənəvi hərbi vasitələrlə beynəlxalq təhlükəsizliyi təmin edə bilmədiyini sübut edir. İran kampaniyası zamanı Amerika raket ehtiyatlarının kritik dərəcədə azalması Qərbin Ukrayna və Tayvan istiqamətlərindəki müdafiə qabiliyyətini ciddi şəkildə zəiflədib. Bu, ABŞ-ın eyni vaxtda bir neçə cəbhədə müharibə aparmaq potensialının olmadığını üzə çıxarıb.

Müasir dünya müharibəsi artıq formatını dəyişib: indi döyüşlər yalnız meydanlarda deyil, həm də tədarük zəncirlərində, yanacaq qiymətlərində və gizli hərbi ittifaqlarda gedir. İqtisadi və resurs baxımından zəiflətmə yeni qlobal münaqişənin əsas alətinə çevrilib.

Sara,
NOCOMMENT.az

Seçilən
25
nocomment.az

1Mənbələr