AZ

Bundesliqada ilk - “Union”u qadın çalışdıracaq

"Union Berlin" klubunda baş məşqçi dəyişikliyi baş verib.

90deqiqe.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, paytaxt təmsilçisi Şteffen Baumqartın istefasını qəbul edib. Bu addım Almaniya Bundesliqasında "Haydenhaym" ilə oyunda qeydə alınan 1:3 hesablı məğlubiyyətdən sonra atılıb.

Baumqartın rəhbərlik etdiyi müddətdə komanda sabit çıxışla yadda qalmayıb. Statistikaya görə, o, 51 qarşılaşmada 16 qələbə əldə edib, 14 heç-heçə və 21 məğlubiyyətlə üzləşib.

Klub rəhbərliyi komandanı mövsümün sonuna qədər Mari-Luiza Etaya tapşırıb. Gənc mütəxəssis daha əvvəl “Union”un U-19 komandasını çalışdırıb və artıq əsas komandada müvəqqəti olaraq sükan arxasına keçib.

Hazırda Berlin klubu 32 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb və qarşıdakı turlarda nəticələri yaxşılaşdırmaq niyyətindədir.

Seçilən
23
90deqiqe.az

1Mənbələr