AZ

İsveç Rusiyadan yola düşən yük gəmisini saxladı

İsveç ətraf mühit qanunlarını pozmaqda şübhəli bilinən Panamanın “Hui Yuan” yük gəmisini saxlayıb.

İki sahil” yazır ki, bu barədə İsveç Sahil Mühafizəsinin veb saytında məlumat verilib.

Məlumata görə, sahil mühafizəsinin təyyarəsi yük gəmisinin dənizə kömür qalıqlarını atdığını qeydə alıb.

“Baltik dənizini izləyən İsveç Sahil Mühafizəsinin təyyarəsi dünən Panama bayrağı altında üzən “Hui Yuan” yük gəmisinin dənizə kömür qalıqlarını atdığını aşkar edib. Bu, Ətraf Mühit Məcəlləsinin pozulmasıdır", - deyə açıqlamada bildirilir.

İsveç Sahil Mühafizəsinin heyəti bazar günü İsveçin cənubundakı Ystad yaxınlığında gəmini yoxlayıb.

Hazırda ilkin araşdırma aparılır və prokuror dinləmə keçirmək qərarına gəlib. Şübhə Ətraf Mühit Məcəlləsinin pozulmasıdır.

Qeyd olunur ki, “Hui Yuan” yük gəmisi Panamada qeydiyyatdan keçib. Gəmi Rusiyadan İspaniyanın Las Palmas şəhərinə gedirdi.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
20
ikisahil.az

1Mənbələr