Qazaxıstanın paytaxtı Astana şəhərində aprelin 12-nə keçən gecə çoxmərtəbəli yaşayış binasında ağır faciə baş verib. Hadisə nəticəsində eyni ailədən olan üç azyaşlı həyatını itirib, bir qadın isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
NOCOMMENT.az xəbər verir ki, yanğın 21 mərtəbəli binanın 15-ci mərtəbəsindəki mənzillərdən birində qeydə alınıb. Hadisə yerinə cəlb olunan xilasedicilər yuxarı mərtəbələrdən 20 nəfəri təxliyə edib, daha 40 sakin isə binanı müstəqil şəkildə tərk edə bilib.
Hazırda yanğının hansı səbəbdən baş verdiyi mütəxəssislər tərəfindən araşdırılır.
Sara,
NOCOMMENT.az