AZ

Portuqaliyada uğur - Azərbaycan gimnastları tarix yazır

Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa Çempionatı Azərbaycan idmanı üçün uğurlu nəticələrlə yadda qalır.

Azərbaycan Gimnastika Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarışda 23 idmançı ilə təmsil olunan milli komanda artıq təsnifat mərhələsində diqqətçəkən çıxışlarla yadda qalıb. Batut gimnastikası üzrə Selcan Mahsudova, Maqsud Mahsudov, Nicat Mirzəyev, Hüseyn Abbasov, Ammar Baxşalıyev və Fərhad Mustafayev fərdi proqramda növbəti mərhələlərə yüksəliblər.

Komanda yarışlarında da gimnastlarımız uğurlu çıxış edərək həm gənclər, həm də böyüklər arasında final mərhələsinə vəsiqə qazanıblar. Böyüklərdən ibarət komanda finalda 4-cü yeri tutub. Sinxron proqramlarda isə bir neçə cütlük yarımfinal və final mərhələlərinə adlayıb.

Tamblinq üzrə çıxış edən milli üzvləri isə daha böyük uğura imza atıblar. Komanda hesabında finala yüksələn yığma həlledici mərhələdə gümüş medal qazanaraq Azərbaycanın hesabına mühüm nailiyyət yazdırıb. Yarışlara bu gün yekun vurulacaq.

Seçilən
20
90deqiqe.az

1Mənbələr