“Fənərbaxça”nın qapıçısı Ederson “Kayserispor”la Türkiyə superliqasının 29-cu turunun səfər oyununda insidentlə üzləşib.
QOL.az xəbər verir ki, matç zamanı tribunadan atılan yad əşya qapıçının başına dəyərək onun zədələnməsinə səbəb olub. Epizoddan sonra Ederson bir müddət meydanda oturmalı olub.
Braziliyalı qolkiper həmin an telekameranın onu çəkməsinə isə əsəbi reaksiya verib.
Qeyd edək ki, oyunda “Fənərbaxça” 4:0 hesabı ilə qələbə qazanıb.