AZ

Peskovdan AÇIQLAMA: "Mübahisə cəmi bir neçə kilometr üstündədir"

Rusiya və Ukrayna arasındakı ərazi mübahisələri cəmi bir neçə kilometrlik məsafəni əhatə edir.

Musavat.com xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın vitse-prezidenti Cey Di Vensin sülh danışıqlarında tərəflərin kiçik torpaq sahələrinin müzakirəsinə fokuslandığı barədə fikirlərini bu cür şərh edib.

Peskov qeyd edib ki, hazırkı mərhələdə söhbət bu və ya digər istiqamətdə bir neçə kvadrat kilometrlik ərazi üzərində gedən mübahisədən gedir.

"Bu, həqiqətən də sayılı kilometrlərdir. Əslində, təxminən desək, Donetsk Xalq Respublikasının 18-17%-nin azad edilməsi üçün cəmi bir neçə kilometr qalıb və bu, inzibati sərhədlərə çatmaq demək olardı", - deyə Peskov bildirib.

Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr