AZ

Cavad Zərif danışıqların uğursuzluğunun səbəbini AÇIQLADI

Turkstan.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-nin tələblərinin İranla aparılan danışıqların uğursuzluqla nəticələnməsinə səbəb olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Zərif bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

“Danışıqların niyə uğursuz olduğunu bilmək istəyirsiniz? Cey Di Vens deyir: “Onlar bizim şərtlərimizi qəbul etməməyə qərar verdilər”. Tamamilə doğrudur”, - deyə Zərif qeyd edib.

O əlavə edib ki, İranla heç bir danışıq “bizim şərtlərimiz və ya sizin şərtləriniz” prinsipi ilə uğur qazana bilməz və ABŞ İrana şərt diktə etməyin qeyri-mümkün olduğunu anlamalıdır.

Eyni zamanda, İran nümayəndə heyətinin rəhbəri, parlament spikeri Məhəmməd Baqer Qalibaf bildirib ki, Tehran münaqişənin sülh yolu ilə həlli üçün 168 konstruktiv təklif irəli sürsə də, Amerika tərəfi etimad qazana bilməyib.

Qalibafın sözlərinə görə, əvvəlki müharibə təcrübələri fonunda qarşı tərəfə güvən yoxdur:

“Amerika bizim məntiqimizi və prinsiplərimizi anladı, indi bizim etimadımızı qazanıb-qazanmayacağına özü qərar verməlidir”.

Qalibaf həmçinin vurğulayıb ki, İran xalqının haqları uğrunda hərbi mübarizə ilə yanaşı, “güc diplomatiyası” da hər zaman alternativ metod kimi nəzərdən keçirilir.

İran XİN-in sözçüsü İsmayıl Bəqai isə bildirib ki, tərəflərdən heç biri sazişin sürətlə imzalanacağını gözləmirdi. O, məsləhətləşmələrin 40 günlük “məcburi müharibə”dən sonra baş tutduğunu və qarşılıqlı şübhələrlə müşayiət olunduğunu qeyd edib.

“The Wall Street Journal”ın məlumatına görə, Tehran Vaşinqtonla nüvə danışıqlarını davam etdirməyi planlaşdırmasa da, diplomatik təmaslar saxlanılacaq.

Xatırladaq ki, aprelin 11-də İslamabadda Pakistanın vasitəçiliyi ilə baş tutan görüşdə ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vens rəhbərlik edib.

“Axios”un məlumatına görə, tərəflər arasında əsas ixtilaflar Hörmüz boğazına nəzarət və zənginləşdirilmiş uran ehtiyatlarının azaldılması ilə bağlıdır./Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
icma.az

3Mənbələr