AZ

“Yuventus” Boqa ilə razılığa gəldi

“Yuventus” klubu vinger Jeremi Boqa ilə uzunmüddətli müqavilə bağlamaq üçün razılığa gəlib.

Moderator.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, İtaliya klubu iyun ayında futbolçunun Fransanın “Nitsa” klubundan 5 milyon avroya transferi üçün satınalma opsiyasını aktivləşdirməyi planlaşdırır. Oyunçunun özü də komandada qalmaq istədiyini bildirib.

Cari mövsümdə 29 yaşlı fil dişi sahilli futbolçu “Nitsa” və “Yuventus”un heyətində ümumilikdə 31 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Turin klubunun forması ilə A Seriyasında isə 9 matçda iştirak edib, 4 qol və 1 assistlə yadda qalıb.

Jeremi 2026-cı ilin fevralından etibarən “Yuventus”da icarə əsasında çıxış edir. Transfermarkt portalına görə onun bazar dəyəri hazırda 8 milyon avrodur.

Seçilən
0
1
moderator.az

5Mənbələr