AZ

Millinin Aktauya gedəcək heyətində dəyişiklik edildi

Aprelin 13-də və 15-də Aktau şəhərində Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gecə saatlarında səfərə çıxacaq. 

Fanat.Az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi dəniz qonşumuzla matça 2-si qapıçı olmaqla, ümumilikdə 16 futzalçı aparacaq. 

Tbilisi səfərindən sonra əvvəlcədən razılaşdırıldığı kimi, ailə vəziyyəti ilə əlaqədar qapıçı Rövşən Hüseynli Cavad Məmmədovla əvəzlənib.

Qapıçılar: Emin Kürdov (Araz-Naxçıvan), Cavad Məmmədov (Baku Fire)

Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə, Tofiq Əliyev (hamısı Neftçi İK), Tofiq Mikayılov, Oqtay Rüstəmli, Eldar Zeynalov, Novruz Kazıxanov, Murad Quluzadə, Kənan Manafov, Fərid Abbasov (hamısı Baku Fire), Pünhan Qasımzadə (U-19), Ədalət Ələkbərov, Ülvi Əliyev (hər ikisi Araz-Naxçıvan), Qüdrət Qasımzadə (Şuşa)

Qeyd edək ki, Qazaxıstan millisi ilə yoldaşlıq görüşləri aprelin 13-də və 15-də Aktau şəhərindəki BS Arenada keçiriləcək. 

Seçilən
0
fanat.az

1Mənbələr