AZ

Putin və Pezeşkiandan “İslamabad” müzakirəsi – Nə danışdılar? 

Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub. Liderlər Yaxın Şərqdəki mövcud vəziyyəti və İslamabadda keçirilən İran-ABŞ danışıqlarının nəticələrini müzakirə ediblər.

NOCOMMENT.az xəbər verir ki, Məsud Pezeşkian gərginliyin azaldılması məsələsində nümayiş etdirdiyi prinsipial mövqeyə və göstərilən humanitar yardıma görə Rusiyaya minnətdarlığını bildirib.

Öz növbəsində Vladimir Putin Moskvanın regionda uzunmüddətli sülhün diplomatik yolla əldə olunması üçün vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu təsdiqləyib. Danışığın sonunda İran Prezidenti həmkarını və pravoslav xristianları Pasxa bayramı münasibətilə təbrik edib.

Sara,
NOCOMMENT.az

Seçilən
38
23
nocomment.az

10Mənbələr