AZ

ABŞ Hörmüz boğazında bütün gəmilərin blokadasına başlayacaq

Bakı. Trend:

İranla görüş yaxşı keçdi, əksər məsələlər razılaşdırıldı, ammavacib olan yeganə məsələdə - nüvə məsələsində razılaşmadıq.

Trend xəbər verir ki, busözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəyazıb. O bildirib ki, indi ABŞ Hərbi Dəniz Qüvvələri dərhal Hörmüzboğazına girməyə və ya çıxmağa çalışan bütün gəmilərin blokadasınabaşlayacaq.

“Gec ya tez hamının girməsinə və hamının çıxmasına icazəverilməsi prinsipinə keçəcəyik, lakin İran mina ola biləcəyini əsasgətirərək buna icazə verməyib ki, bunu da onlardan başqa heç kimbilmir. Bu, şantajdır və Amerika Birləşmiş Ştatları heç vaxt şantajedilməyəcək. Mən, həmçinin Hərbi Dəniz Qüvvələrimizə BeynəlxalqSularda İrana rüsum ödəyən hər bir gəmini axtarmağı tapşırmışam.Qanunsuz rüsum ödəyən heç kimin açıq dənizlərdə təhlükəsiz keçidiolmayacaq. Biz, həmçinin iranlıların boğazlarda yerləşdirdiyiminaları məhv etməyə başlayacağıq. Bizə və ya dinc gəmilərə atəşaçan hər bir iranlı məhv ediləcək”, - deyə Tramp əlavə edib.

Seçilən
21
10
az.trend.az

10Mənbələr