AZ

''Barselona'' Osimhenə görə 5 futbolçusu ilə vidalaşmağa hazırdı

''Qalatasaray''ın dünyaca ünlü ulduzu Viktor Osimhen barədə tez-tez müxtəlif iddialar ortaya atılır.

Avropa nəhənglərinin onu diqqət mərkəzində saxlaması yeni xəbər deyil. Bu arada nigeriyalı forvardın gələcəyi ilə bağlı növbəti maraqlı iddia ortaya atılıb. ''Afrik-foot'' saytının paylaşdığı xəbərə görə uzun müddətdi, Osimheni təqib edən ''Barselona'' yekun qərarını verərək mövsüm bitən kimi ciddi addımlar atmağı planlaşdırır.

Kataloniya nəhəngi bu transfer üçün ən azı 100 milyon avroluq büdcə ayırmaq niyyətindədi. Ancaq ''Barsa''nın son illərdə maddi sıxıntılar yaşaması heç kimə sirr deyil. La Liqanın ciddi maliyyə nəzarəti altında olan ''blauqrana'' üçün bu keçidi tamamlamaq heç də asan olmayacaq.

''Barsa'' 100 milyon avro xərcləmək və ona ayrılan limiti aşmamaq üçün önəmli ulduzlarını satmalı olacaq. Söhbət 5 futbolçu - Jul Kunde, Ferran Torres, Frenki de Yonq, Robert Levandovski və Mark Kasadodan gedir.

Rəhbərlik Osimhenin Levandovskini artıqlaması ilə əvəzləyəcəyini və bir neçə mövsüm komandanın qol yükünü daşıya biləcəyini düşünür. Yəni onlar 27 yaşlı futbolçunun bu pula layiq olduğuna inanırlar.

''Liverpul'' ilə oyunda qolu sınan Osimhen bu mövsüm 29 rəsmi oyunda iştirak edərək aktivinə 19 qol, 7 məhsuldar ötürmə yazıb.

Seçilən
22
1
football-plus.az

2Mənbələr