AZ

Bütün kölələr kimi ona yazığım gəlir Karlson

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Amerikalı jurnalist Taker Karlson ABŞ prezidenti Donald Tramp barədə sərt fikirlər səsləndirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. Karlson bildirib ki, Tramp “azad deyil” və onun siyasəti başqa qüvvələrin təsiri altında formalaşır.

Jurnalistin sözlərinə görə, bu vəziyyət xüsusilə İrana qarşı mümkün əməliyyatların gündəmə gəlməsindən sonra daha açıq şəkildə hiss olunub.

“Bütün kölələr kimi ona yazığım gəlir. Onun azad fikri yoxdur. Kənar qüvvələr tərəfindən idarə olunur”.

O, Trampın ölkəsinin maraqlarına uyğun müstəqil qərarlar verə bilmədiyini iddia edərək, prezidentin faktiki olaraq başqa bir gündəliyin təsiri altında qaldığını deyib.

Karlson həmçinin qeyd edib ki, Tramp seçki kampaniyası zamanı verdiyi “yeni müharibələrə qoşulmamaq” vədlərinə də əməl etmir.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
globalinfo.az

1Mənbələr