GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Kirill Budanov ölkədə vəziyyətlə bağlı diqqətçəkən açıqlama verib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumat “Strana.ua” nəşrinin teleqram kanalında dərc olunub.
O bildirib ki, Ukrayna yenidən “tətikləyici hadisə” adlandırdığı kritik bir mərhələyə yaxınlaşır. Budanovun sözlərinə görə, cəmiyyətdə birlik qorunmasa, bu cür hadisə ölkə üçün fəlakətli nəticələrə gətirib çıxara bilər.
“Bu barədə konkret nümunə çəkmək istəmirəm, çünki çox kədərli və xoşagəlməz olardı. Lakin yaxın tariximizi təhlil etsəniz, cavabları tapmaq çətin deyil”, – deyə o qeyd edib.
Budanov əlavə edib ki, Ukrayna tarixində oxşar vəziyyətlər artıq yaşanıb və həmin dövrlər ciddi problemlərlə nəticələnib. Onun bu açıqlaması ölkə daxilində ictimai və siyasi sabitlik məsələlərini yenidən gündəmə gətirib.
Tahir Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.