AZ

“Köln” “Verder”ə qarşı inamlı qələbə qazandı

Almaniya Bundesliqasının 29-cu turunda “Köln” öz meydanında “Verder Bremen”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, matçda meydan sahibləri 3:1 hesabı ilə qələbə qazanıb.

Ev sahibi komanda oyuna daha fəal başlayıb və 7-ci dəqiqədə hesabı açıb. Saïd El Mala fərqlənib.

65-ci dəqiqədə “Köln” ikinci qolu vurub. Bu dəfə Raqnar Ahe rəqib qapısına yol tapıb.

75-ci dəqiqədə Romane Şmid penalti zərbəsini dəqiq yerinə yetirərək “Verder”in fərqi azaltmasına səbəb olub.

Lakin əlavə olunmuş vaxtda “Köln” üçüncü qolu vurub. İsak-Berqmann Yohannesson fərqlənib.

Qeyd edək ki, 24-cü dəqiqədən etibarən “Verder” azlıqda oynayıb. Komandanın futbolçusu Marko Fridl qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

Seçilən
19
90deqiqe.az

1Mənbələr