AZ

ABŞ çıxılmaz vəziyyətdə: İran qlobal gücü çökdürür

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

“The Wall Street Journal” qəzeti Vaşinqtonun iqtisadi təzyiq strategiyasını təhlil edən analitik məqalə dərc edib.

Globalinfo.az xəbər verir ki, bu barədə nəşrin sosial şəbəkə hesabında məlumat yayımlanıb. Portal qeyd edir ki, ABŞ-ın əsasən sanksiyalar və tariflərə söykənən yanaşması ciddi zəifliklərə malikdir.

Məqalədə vurğulanır ki, bəzi ölkələr strateji “boğucu nöqtələr”ə nəzarət etməklə daha effektiv təsir rıçaqları əldə ediblər. Bu kontekstdə Hörmüz boğazı üzərində İranın nəzarəti və Çin-in nadir torpaq metalları bazarındakı dominantlığı xüsusi qeyd olunur.

“Boğucu nöqtə” anlayışı ABŞ-ın keçmiş diplomatı Edvard Fişman tərəfindən irəli sürülüb. Bu termin, əvəzlənməsi çətin olan mühüm resurs və ya nəqliyyat marşrutuna nəzarət edən dövlətin rəqiblərinə qarşı ciddi iqtisadi təzyiq imkanlarını təsvir edir. Müəlliflərin fikrincə, bu cür üstünlüklər ənənəvi tarif siyasətindən daha təsirli ola bilər.

Məqalədə bildirilir ki, uzun illərdir ABŞ dolları qlobal iqtisadi sistemdə əsas rıçaq rolunu oynayıb. Hazırda dollar beynəlxalq əməliyyatların böyük hissəsini təşkil edir və bu, Vaşinqtona geniş sanksiya imkanları verir. Lakin qloballaşma fonunda alternativ təsir mexanizmlərinin artdığı və ABŞ-ın rəqiblərinin də bu imkanlardan istifadə etməyə başladığı vurğulanır.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
globalinfo.az

1Mənbələr