AZ

Bundesliq: “Köln” doğma meydanda “Verder”ə qalib gəlib

ain.az, Idman.biz saytına istinadən bildirir.

“Köln” Almaniya Bundesliqasının 29-cu turu çərçivəsində öz meydanında “Verder”i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, “Köln”ün heyətində Səid Əl-Mala (yeddinci dəqiqə), Raqnar Axe (65-ci dəqiqə) və İsak Yohannesson (90+7-ci dəqiqə) fərqləniblər. Qonaqların yeganə qoluna isə 75-ci dəqiqədə Romano Şmid imza atıb.

Matçın 24-cü dəqiqəsində Bremen klubunun müdafiəçisi Marko Fridl qırmızı vərəqə alaraq meydandan qovulub və komandasını azlıqda qoyub.

Bu qələbədən sonra xallarının sayını 30-a çatdıran “Köln” turnir cədvəlində 13-cü pilləyə yüksəlib. 28 xalı olan “Verder” isı 15-ci sırada qərarlaşıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
icma.az

1Mənbələr