AZ

Kurban Berdıyev: "Avrokuboklara düşsək, oyunları öz meydanımızda keçirmək istəyirik"

"Turan Tovuz" avrokuboklara vəsiqə qazansa, oyunları doğma meydanda keçirməyi hədəfləyir.

"Report" xəbər verir ki, bunu Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev "Sumqayıt"a qarşı Misli Premyer Liqasının XXVII turunun oyunundan sonra mətbuat konfransında deyib.

O, 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmanı şərh edib:

"Çox vacib və lazımlı qələbə qazandıq. Matçın əvvəlində futbolçularda müəyyən həyəcan hiss olunurdu. Lakin lazımı qalibiyyəti əldə etdik. Yenilənmiş ot örtüyü çox yaxşı vəziyyətdədir. İnanırıq ki, meydan hər zaman bu vəziyyətdə qalacaq. Klub rəhbərliyinə bu cür şərait yaratdığına görə təşəkkür edirəm. İndidən avrokuboklar barədə danışmaq tezdir.

İnşallah, turnirə vəsiqə qazansaq, heyətlə bağlı düşünəcəyik. Çox istəyirik ki, avrokuboka düşsək, oyunları öz meydanımızda keçirək".

Seçilən
28
1
far.az

2Mənbələr