AZ

Bu, komandanın necə, hansı oyunçularla güclənəcəyindən asılıdır Kurban Berdiyev

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Misli Premyer Liqasının 27-ci turunun son oyununda "Turan Tovuz" "Sumqayıt"la qarşılaşıb.

Fanat.Az xəbər verir ki, qərb təmsilçisi doğma meydanda 2:1 hesablı qələbə qazanıb.

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransınsa "Sumqayıt" üzərində qələbəni belə dəyərləndirib:

"Vacib qələbə idi. Oyunun əvvəlində narahatlıq hiss olunurdu. Şükürlər olsun, meydandan 3 xalla ayrıla bildik. 2:0-dan sonra çalışdıq hesabı qoruyaq. Düzdür, rəqib bir qolun əvəzini çıxdı. İstənilən halda, əsas qələbədir.

Avrokuboka neçə faiz hazırıq? İndidən nəsə demək, hadisələri qabaqlamaq istəmirəm. Bu, komandanın necə, hansı oyunçularla güclənəcəyindən asılıdır". 

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
fanat.az

1Mənbələr