Axar.az saytına istinadən ain.az xəbər verir.
Dünyanın ən böyük hərbi hava qüvvələrinin reytinq cədvəli açıqlanıb.
Axar.az xəbər verir ki, bununla bağlı “Global Firepower” siyahı tərtib edib.
Bildirilib ki, ABŞ 13032 təyyarə ilə birinci yerdədir. Ardınca, Rusiya 4237 sayla ikinci, Çin 3529 ilə üçüncü, Hindistan isə 2183 ilə dördüncü sırada qərarlaşıb.
Azərbaycan isə siyahıda 159 təyyarə ilə 53-cü yeri tutub.
Qardaş ölkə - Türkiyə 1101 təyyarə ilə 8-ci, qonşularımız - İran 551 təyyarə 21-ci, Ermənistan isə 69 təyyarə ilə 84-cü sıradadır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.